"Bakı" I divizion təmsilçisi ilə qarşılaşacaq

14:30 - 10 Oktyabr 2013

Pantiç komandanı geri yığıb
 
Yığma komandamızın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki oyunlarına görə Premyer Liqada təxminən 2 həftəlik fasilə yaranıb. Artıq bütün klublar demək olar ki, istirahətdən dönüb və hazırlığı bərpa ediblər.
 
Sportal.az xəbər verir ki, iki gündür məşqlərə başlayan “Bakı” bu günlərdə bir yoxlama görüşü də keçirəcək. “Zolaqlılar”ın rəqibi isə I divizion təmsilçisi “Lokomotiv” olacaq. Matçın dəqiq tarixi hələlik bəlli deyil. 

Xəbər xətti