Nildo bu gün poker etdi

15:20 - 10 Oktyabr 2013

"XL" məşqdə növbəti oyununu keçirib
 
Artıq üç gündür ki, Lənkərandakı bazasında hazırlığını davam etdirən “Xəzər Lənkəran” bu gün əvəzedici komandası ilə ikitərəfli oyun keçirib.
 
Sportal.az xəbər verir ki, üç hissədən ibarət görüşün hər hissəsi 30 dəqiqə olmaqla 90 dəqiqə davam edib. Əsas komandanın üzvlərinin bir çoxu növbə ilə əvəzedici komandanın heyətində çıxış edib. Bu mənada sarı və yaşıl rəngə bölünən komandaların görüşündə “yaşıllar” 8:0 hesabı ilə qalib gəlib. Etame Mbilla, Zohair Benuahi, Elnur Abdullayev, Deivid Sakkoninin fərqləndiyi görüşdə Junior Nildo da 4 dəfə toru silkələyib.

Xəbər xətti