"XL"in baş məşqçisi: "Xəzər Lənkəran" a qarşı qərəz var"

16:40 - 10 Oktyabr 2013

Elbrus Məmmədov: "O qədər belə şeylər olur ki"
 
"Xəzər Lənkəran"ın əvəzedici komandasının baş məşqçisi Elbrus Məmmədov Sportal.az saytın müsahibə verib. Məşqçi komandasının çıxışından və "Rəvan"la oyundan danışıb. Elbrus Məmmədov həmçinin Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun onun haqqında dediklərinə münasibət bildirib
 
- Komandanız çempinata yaxşı başlayıb. “Xəzər Lənkəran”ın əvəzediciləri həmişə zəif çıxış edib. Bu mövsüm uğurlu çıxışı gözləyirdinizmi?
- Bizim işimiz budur. İnanmasaq, işləmərik. Təbii ki, komandamdan uğurlu start və yaxşı oyun gözləyirdim. Elə yay mövsümündə də bunun üçün hazırlaşırdıq. Bizə rəhbərlik tərəfindən hər cür şərait yaradıb. Onlara təşəkkür edirəm.
 
- Ötən mövsümün sonunda rəhbərlik sizdən bu mövsüm üçün nəticə tələb edib?
- Yox, belə bir şey olmayıb. Amma təbii ki, onlar komandanın uğurlu çıxışını istəyirlər. Bizə hər cür şərait yaratdılar. Gürcüstana təlim-məşq toplanışına göndərdilər. Bunlar hamısı bizim yaxşı nəticə qazanmağımız üçün edilənlər idi. Biz də onun müqabilində əlimizdən gələni etməyə çalışırıq. 
 
- “Rəvan”la oyunda baş verənlər səs-küyə səbəb oldu. Siz də etirazını bildirmişdiz...
- Orda nəinki mən, mənim yerimdə kim olsaydı, etiraz edərdi. Mən bu qədər ildir ki, futboldayam. Belə qərar görməmişdim. Əgər penalti epizodunda yan xətt hakimi görürdüsə epizodu niyə vaxtında bayrağını qaldırmadı? Deyərdi ki, mərkəz hakimə bu qayda pozuntusu deyil. Burda hakim penalti verir, qapıçıya sarı göstərir. Rəqib komandanın futbolçuları etiraz edir. Bu zaman Fizuli Məmmədov tribunadan aşağı düşdü, “Rəvan”ın baş məşqçisi Anar Vəliyev hakimin üstünə qaçdılar. Biz də dayanıb gözləyirdik ki, artıq hakim qərarını verib. Mərkəz hakimi tutub gətirdilər Roman Vasilyevin (yan xətt hakimi) yanına. Sonra guya yan xətt hakimi küncdən zərbə göstərib. Amma oyundan sonra protokolda yazılıb ki, mən orda oyundan kənar vəziyyət vermişəm. Heç biri uyğun deyil. Təkcə o epizod deyil. O qədər epizodlar oldu ki. Demirəm qərəzli idarə elədi. Bildiyimə görə, birinci dəfə təyinat alırdı əvəzedicilərin çempionatına. Amma təbbi ki, ona kənardan təsir də var idi. O epizod olmasaydı, komandam qol vuracaqdı. Biz ard-arda hücumlar edirdik. Amma bir qərar komandaya çox pis təsir etdi. Bu qərardan sonra artıq uşaqlar emosiyalarını cilovlaya bilmdəilər. Birinci turda “Sumqayıt”la oyunda Ağabala Ramazanov öz komanda yoldaşına söyüş söydü və qırmızı vərəqə aldı. Amma bu oyunda oyunçu söyür hakimi çıxarıb sarı vərəqə verir. Qaydalar təkcə “Xəzər Lənkəran” üçündür. Mən demirəm Ağabala Ramazanov düz elədi. Haqlı olaraq hakim “qırmızı” verdi. Axı rəqiblərə niyə vermirlər? Niyə başqa komandalara bu səhvlər bağışlanılır.
 
- Xaqani Məmmədov televiziya verilişlərinin birində sizin haqqınızda danışıb...
- Indiyə qədər heç bir televiziya verilişində hansısa əvəzedici komandanın oyununu Xaqani Məmmədov təhlil etməyib. Kiməsə səviyyəsiz deməyib. 9 milyon verilişə baxır durub ağzına gələni danışır. İstəmirəm bu söhbət çox uzansın. Çempionatın əsas oyunları hələ qarşıdadır. Sona kimi döyüşəcəyik. Qarşımıza məqsəd qoymuşuq. Kim düzdü, kim səhvdi, bizim üçün bu söhbət ölüb. Artıq “Simurq”la oyunu düşünürük. 
 
- Demək olarmı ki, məğlubiyyətə səbəb bu epizod oldu?
- Sən təsəvvür et ki, mən məşqçi kimi emosiyaya qapıldım. Görün meydanda olan futbolçular nə etsin. Emosiyalarımı cilovlaya bilmədiyim üçün oyundan sonra uşaqlardan üzr istədim. Hakim səhvləri mənim üçün heç nədir. Əsas odur ki, uşaqlarla aramızdakı pərdə götürülməsin. Uşaqlar neynəsin? Biz gələcək Azərbaycan futbolunun uğurları üçün çalışmalıyıq. Belə səhvlər, sonra üstünü ört-basdır eləmək, hamısı təsir edir. Səhvlərini də başa düşmürlər. Nə qədər olacaq? Sonra bir sayt var ki, yazıb “Rəvan” “Xəzər Lənkəran”a futbol oynamağı öyrətdi. Bir baxın da turnir cədvəlinə. Başlıq seçəndə düzgün yazmalıdırlar. Biz birinci yerdə, onlar 8-ci yerdə. Necə bizə futbol dərsi keçə bilərlər? Yazın ki, məğlub oldu. Bu məsələnin bu qədər şişirdilməsini istəmirdim. Mən komandamı uğura daşımaq üçün çalışıram. Belə şeyləri düşünmürəm. Kimsə durub deyir ki, Elbrus səviyyəsizdir. Mən belə hakimlik görməmişəm. Olubsa elə şeylər misal gətirsin. Səhv penaltilər verilə bilər, amma belə qərar dəyişmək olmur. Sayta da video qoyulub. Demilər ki, təmas yoxdur. Baxın, qapıçının əli ayağına da dəyir. Top başqa yerdədir. Bu 11 metrlik cərimə zərbəsidir də. 
 
- Belə şeylər qarşıdakı oyunlarda sizə təsir etməyəcək ki?
- Yox, hər şey bir oyun üstüdə qurulmayıb ki. O qədər narazılıqlar olub, amma mən çıxıb heç vaxt danışmamışam. Elə bilirsiz ki, həmişə düzgünlü olub? Belə deyim ki, sevindirici haldır cavan hakimlər oyunlar idarə edir. O qədər onların içində perspektivliləri var ki. Mən qərarlara göz yumuram. Amma durub hakim səhvlərini deməkdən üstünü ört-basdır edilər. Çıxın deyin də. Hamı da səhv ola bilər. Həqiqətən o hakimlərin sonrakı aqibəti pis olacaq. Niyə cəmi 1-2 hakim üzdədir. Bizim elə hakimlərimiz var idi ki, Avropada oyunlar idarə edə bilərdilər. Niyə indi bir dənə Əliyar var. Bir də Anar o yazığı da atıblar birinci diviziona.
 
- Niyə “Xəzər Lənkəran”ın əvəzediciləri çempionatda ən çox qırmızı vərəqə alan komandalardandır?
- Bu məsələ barədə də danışmaq istəyirdim. Başqa komandalara eyni epizoda görə göz yumulur. Amma “Xəzər Lənkəran”a çatanda ya qırmızı vərəqə, ya da mütləq sarı vərəqə verilir. 3 qırmızı vərəqə almışıq. Cavid Bağırov qırmızı vərəqəni baxın necə alıb? Hakim Elgün Hüseynov idi. Sonra da səhv qərar verdiyi üçün peşman oldu. Buna görə də mən bununla bağlı danışmadım. Cavid Bağırov ayaqla top oynuyur, oyunçu başını aşağı salıb topa başla zərbə endirir. Həmin epizodda cərimə “Xəzər Lənkəran”ın lehinə verilməli idi. Amma əksinə verilir. Hətta Cavid ayağını da çəkir ki, rəqibə zərbə vurmasın. Amma “Qəbələ”nin futbolçusu elə simulyasiya etdi ki, mən də kənardan dedim bu uşaq ayağa durmaz. Elgün gəlib “qırmızı”nı göstərən kimi futboçu elə durdu ki, ayağa, mən belə inanmadım. Elgünün qərəzli hakimlik idarə elədiyini deyə bilmərəm. Sadəcə təcrübəsizlik öz sözünü dedi. Təcrübəli hakim başqa qərar verərdi. Amma mən bütün bunlar barədə durub danışmıram ki, Xaqani axrıncı oyunumuzu durub müzakirə edir və ağzına gələni danışır. Sarı vərəqlərdən danışmıram hələ. Bizim futbolçuların maykalarını dartmaq olar, amma bizimkilər rəiqbin maykasını dartan kimi sarı vərəqədir. Demirəm verilməməlidir, verilməlidir amma hamıya. Gəlin hər kəsdən soruşa bilərsiz, mən komandanın intizamına xüsusi diqqət ayırıram. Toşak mənə 4 futbolçuya – Kamran, Elnur, Tərlan və Elvin görə təşəkkürünü bildirib. Deyir ki, onlar xüsusi intizamlı futbolçulardır. Mənim üçün o böyük fəxrdir. Amma oyunlara baxsaq, mənim komandam ən çox vərəqə alan komandalardandır. Burda təbii ki, qərəz də var. Xaqani Məmmədov işindən danışsın. Heç kim deyə bilməz mənim futboldan anlayışım yoxdur. Futbol oynamışam, karyeram pis olmayıb. Zəif insanlarla işləməmişəm. Xaqani heç özü futbol oynamayıb. Onun da hakimlikdə elə səhv qərarları olub ki. Bütün Azərbaycan bilir. Mən çıxıb heç ondan danışıram. 36 turlu marafonda bunlar xırda məsələdir. Amma durub bu gün bunu şişirdilər. Bunun üstündən keçmək olardı. Durub kimdəsə səhv axtarır. Deməkdən ki, bu səhvdir, hakimin səhvi var, durub deyir ki, kimsə səviyyəsizdir. 2-ci turda “Simurq”u evdə qəbul edəndə belə bir şey oldu. Bütün komandalarda bu belədir. Əsas komandanın toplarını verirlər əvəzediciyə. Əsas komanda üçün PFL şərt qoyur ki, yeni toplar alınmalıdır. O zaman əvəzedicilər əsas komandanın topları ilə oynayır. Amma həmin oyunda komissar durub bizə deyir ki, bu toplarla oynamaq olmaz, təzə toplar olmalıdır. Dedim ki, əvəzediciyə bunun aidiyyatı yoxdur. Amma dedi yox, mümkün deyil. Sonra komandamızın adminstratoru gedib əsas komandadan 10 dənə top aldı ki, oynayıb qaytaracağıq. Oyunda buna görə yubandı. “Rəvan”la oyunda isə gördüm ki, komanda köhnə toplarla məşq edir. Xaqani Məmmədov orda idi. Ondan soruşdum dedi ki, qərarın əvəzediciyə aidiyyatı yoxdur. Bəs nə oldu, Lənkəranda var, Bakıda yoxdur. Bir komissarın xəbəri yoxdur, digərinin xəbəri var. Belə şeyb olmaz. Hamını başa salmalıdır. Mən etirazımı bildirə bilmərəm? Hər kəs sözünü deməlidir, etirazını bilmdiməlidir. Mən hələ orda komandamı sakitləşdirdim. Polsilərlə ixtişaş ola bilərdi. Komandamn arxasında durdum, komandanı yığışdırdım. Oyundan sonra sözümü dedim hamı sakitləşdi. Amma Roman Vasiliyev oyunda futboçularımı təxribata çəkirdi. Elə sözlər deyirdi ki, futbolşular onun üstünə getsin. Bax niyə? Istəyirdi nəsə eləsin. İki kəlmə söz dedim sakitləşdi, üzr istədi. 
 
- Maraqlı bir fakt var ki, əsas komandadan əvəzediciyə futbolçu gələndə komandanız qalib gəlməkdə çətinlik çəkir. Amma əvəzedicilər özləri oynayanda rahat qalib gəlirsiniz...
- Əvəzedici əsas komandaya kömək etmək üçün yaradılıb. Hər baş məşqçinin zö fikri var. Məsələn əsas komandanın baş məşqçisi düşünür ki, bu oyunda bu futbolçular ona kömək etməyəcək. Oyun praktikasına görə göndərir əvəzedici komandaya. Göndərəndə də deyir ki, bu oyunçu bu qədər oynamalıdır imkan daxilində. Bizim də işimiz əsas komandaya kömək etməkdir. Əsas komandanın futbolçuları əvəzediciyə gələndə ikiqat köklənməlidirlər. Ona görə də onların oyunu çoxvaxt alınmır. Çünki köklənə bilmirlər. İstəyir amma alınmır. Bu bütün komandalarda belədir, təkcə məndə deyil. Zəif futbolçu əsas komandada olmaz. Sadəcə köklənmə baxımından əziyyət çəkirlər. Əvəzedici komandada olan futbolçu da o mövqe üçün mübarizə aparır. Çıxır meydana canını qoyur. 
 
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti