"Neftçi"nin futbolçusu cəzalandırıldı

14:11 - 11 Oktyabr 2013

Elvin Yunuszadə Portuqaliya ilə oyunda forma geyinə bilməyəcək
 
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi itki ilə üzləşib. Avro-2015-in seçmə mərhələsinin Portuqaliya ilə oktyabrın 15-də baş tutacaq oyununda Elvin Yunuszadə yığmaya kömək etməyəcək.
 
Sportal.az xəbər verir ki, buna səbəb U-21-in aparıcı üzvü olan müdafiəçinin cəzalı duruma düşməsidir. Belə ki, UEFA-nın əsasnaməsinə görə hər 2-ci sarı vərəqə futbolçunun 1 oyunluq cəzalanması ilə nəticələnir. “Neftçi”nin üzvü isə artıq 2-ci xəbərdarlığını alıb. Norveçlə Drammen şəhərindəki qarşılaşmanın 29-cu dəqiqəsindəki sarı vərəqə Elvini Portuqaliya ilə oyuna çıxması üçün “qırmızı işıq” olub. Arxa xətt oyunçusu Makedoniya ilə iyunun 8-dəki görüşdə də sarı vərəqə almışdı.
 
Qeyd edək ki, Portuqaliya yığması millimizlə görüşə sarı vərəqə üzündən cəzalı futbolçusu olmadan çıxacaq. 

Xəbər xətti