Mourinyo Özilə nə mesajı göndərib?

18:32 - 11 Oktyabr 2013

"Londona xoş gəldin"
 
Yayda “Real”dan “Arsenal”a transfer edilən türk əsilli futbolçu Məsut Özil maraqlı açıqlaması ilə diqqət çəkib.
 
Sportal.az xəbər verir ki, İngiltərəyə köçdükdən sonra sabiq məşqçisi Joze Mourinyodan sms aldığını bildirib. Belə ki, portuqaliyalı mütəxəssis Özilə “Londona xoş gəldin” mesajını göndərib.
Xatırladaq ki, Almaniya yığmasının üzvü “Real”a 2010-cu ildə məhz Mourinyonun istəyi ilə transfer edilmişdi. Maraqlıdır ki, Özilin “kral klubu”ndan gedişi də Mourinyonun ayrılması ilə eyni vaxta düşdü. 

Xəbər xətti