Ronaldo: "Braziliyaya birbaşa getməyimiz Azərbaycandan asılıdır "

12:33 - 12 Oktyabr 2013

Ulduz futbolçu şanslarından danışdı
 
“Biz İsraillə heç-heçə oynayıb, özümüzü çətin vəziyyətə saldıq”. Sportal.az xəbər verir ki, bunu Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo deyib.

O bildirib ki, Portuqaliyanın Braziliyada keçiriləcək dünya çempionatına birbaşa vəsiqə qazanması tək özlərindən deyil, həm də Azərbaycan yığmasından asılıdır: “Pley-off mərhələsi faciə deyil. Artıq seçmə mərhələnin gedişində məlum idi ki, biz çox güman bu mərhələdə iştirak edəcəyik. Birinci yerə çıxmaq şansımız da var. Lakin bunun üçün böyükhesabla qalib gəlməli və Azərbaycanın Rusiyanı məğlub etməsini gözləməliyik. Bunun üçün də hər şey tək bizdən yox, həm də Azərbaycandan asılıdır”.

Qeyd edək ki, oktyabrın 15-də Azərbaycanla oynayacaq Rusiyanın 21, Portuqaliyanın 18 xalı var. Onlar isə həmin günü Lüksemburq futbolçuları ilə qarşılaşacaq.
 

Xəbər xətti