Superkubok matçı canlı yayımda!

13:29 - 12 Oktyabr 2013

"İdman Azərbaycan" "Böyük oyunu"u yayımlayacaq
 
Azərbaycan super Kuboku uğrunda matç canlı yayımlanacaq. Sportal.az xəbər verir ki, qarşılaşmanı azarkeşlərə "İdman Azərbaycan" kanalı təqdim edəcək.
 
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" matçı oktyabrın 23-də İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunda keçiriləcək və saat 15.00-da başlayacaq.

Xəbər xətti