"MU"da oynamış qapıçı: "Mən heç nə edə bilməzdim"

14:16 - 12 Oktyabr 2013

"Top bir anda qapıya daxil oldu"
 
“Biz Azərbaycanda çox çətin oyuna çıxdıq. Həmin gün bizim üçün çox pis alındı. Oynamaq çox çətin idi. Əsəblər yerində deyildi”.
 
Sportal.az xəbər verir ki, bu sözlər dünən Azərbaycan milli komandasına 0:2 hesabı ilə uduzan Şimali İrlandiya milli komandasının qapıçısı Roy Karrolla aiddir. Vaxtilə “Mançester Yunayted”in qapısını qorumuş, hazırda isə “Olimpiakos”da çıxış edən 36 yaşlı qolkiper bildirib ki, xüsusən də Azərbaycan millisinin vurduğu ikinci qol qarşısında çarəsiz qalıb:
 
“Mən ikinci qol zamanı heç nə edə bilmədim. Top bir anda qapıya daxil oldu. Azərbaycanda olanları unutmalıyıq”.
 
Qeyd edək ki, Şimali İralndiya millisinin qapısından birinci qolu Rüfət Dadaşov, ikinci qolu isə Mahir Şükürov vurub.

Xəbər xətti