Braziliyaya gedəcək 14 yığma müəyyənləşdi

16:03 - 12 Oktyabr 2013

Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək bütün komandaların kimliyinə noyabr ayında aydınlıq gələcək
 
2014-cü ildə Braziliyada təşkil olanacaq dünya çempionatına gedəcək ölkələrin bəzilərinin adları məlum olub.
 
Sportal.az xəbər verir ki, "DÇ-2014"ün Avropa seçmələrindən artıq Belçika, İtaliya, Almaniya, Hollandiya və İsveçrə yığmaları sona bir tur qalmış turnirə vəsiqəni rəsmiləşdiriblər. 
 
Bundan başqa "G" qrupunda 22 xal toplayan Bosniya və Hersoqovina, "F" qrupunda Rusiya millisinin Braziliyaya getmək şansları daha real görünür.

Cənubi Amerika zonasından Braziliya və Argentinanın ardından Kolumbiya millisi də mundiala vəsiqəni təmin edib. Lakin bu elə də asan başa gəlməyib. Belə ki, ilk hissədə Çiliyə 0:3 hesabı ilə uduzan Kolumbiya yığması fasilədən sonra 3 qol vurmaqla (3:3) dünya çempionatının final mərhələsində oynamaq hüququ əldə edib.
 
Ümumilikdə dünya çempionatına qatılacaq ölkələr isə bunlardır: Braziliya (ev sahibi), Argentina, Kolumbiya, Hollandiya, İtaliya, Belçika, Almaniya, İsveçrə, Yaponiya, Avstraliya, İran, Cənubi Koreya, Kosta Rika, ABŞ.
 
Qeyd edək ki, Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək bütün komandaların kimliyinə noyabr ayında aydınlıq gələcək.  

Xəbər xətti