"Şəhərlilər" son dəqiqələrdə təsəlli qolunu vura bildilər
Azərbaycan milli komandasının oyunları ilə əlaqədar olaraq, çempionatda yaranmış fasilədən istifadə edən “Simurq” və “Sumqayıt” klubları yoxlama oyununda üz-üzə gəliblər.
Sportal.az xəbər verir ki, Sumqayıt İdman Mərkəzində keçirilən oyun başa çatıb.
Oyunda “Simurq” rəqibini 2:1 hesabı ilə üstələyib. “Simurq”un qollarına İdan Vaytsman və Nicat Qurbanov imza atıblar.
“Sumqayıt” matçın son dəqiqələrində Mirzağa Hüseynpurun zərbəsindən sonra bu qollardan birinin əvəzini çıxıb.
saytlarin hazirlanmasi