"Real" bu futbolçu üçün 20 milyonu gözdən çıxarıb

22:22 - 12 Oktyabr 2013

Levandovski karyerasını İspaniyada davam etdirə bilər
 
Dortmund “Borussiya”sının hücumçusu Robert Levandovski karyerasını İspaniyada davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, 24 yaşlı forvardla “Real” yaxından maraqlanır. “Kral klubu” Levandovskini transfer etməkdə israrlıdır. Məlumata görə, ispanlar bu transferə görə 20 milyon avro xərcləməyi göz önünə alıblar. Levandovskinin özü də karyerasını daha titullu klubda davam etdirmək niyyətindədir. 

Xəbər xətti