"Xəzər Lənkəran" rəhbərliyindən alqışlanası addım

10:21 - 13 Oktyabr 2013

Klub azarkeşini yalnız qoymadı
 
"12cioyuncu" azarkeş qrupunun rəhbəri İslam Cabbarlının infarkt keçirdiyi və bununla bağlı xəstəxanaya yerləşdirilməsi ilə bağlı dünən gün ərzində saytımızda bir neçə informasiyalar təqdim etmişdik.Əlavə edək ki, İslam Cabbarlının müalicəsi üçün yaxın dostlar və tanışların köməkliklərini əsirgəmirlər.
Sportal.az xəbər verir ki, bu məsələdə "Xəzər-Lənkəran" klubu da biganə qalmayıb. Belə ki, Cabbarlının müalicəsi üçün klub onu Kardioloji İnstuta köçürəcək və İslamın müalicəsi məhz burada davam etdiriləcək.
Xatırladaq ki, İslam Cabbarlı infrakt keçirdikdən dərhal sonra o Novxanıda yerləşən 2 saylı xəstəxanaya yerləşdirilmişdir. Ailə üzvlərinin dediyinə görə, bu xəstəxananın şəraiti heç də yaxşı səviyyədə deyil.

Xəbər xətti