Rusiya millisi Azərbaycanda

16:06 - 14 Oktyabr 2013

"Qonşular"ımız bu gün məşqə çıxacaqlar
 
"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də Bakıda millimizin qonağı olacaq Rusiya yığması artıq ölkəmizdədir.
 
Sportal.az xəbər verir ki, bu barədə xəbəri Rusiya Futbol Federasiyası (RFF) yayıb.
Fabio Kapellonun komandası bu gün axşam matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionunda məşqə çıxacaq. Saat 19:30-da isə baş məşqçi Kapellonun mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Azərbaycan - Rusiya oyunu oktyabrın 15-də, saat 22:00-da başlayacaq.

Xəbər xətti