"Bu haqda danışmaq istəmirəm, çünki cəzalana bilərəm"

16:53 - 14 Oktyabr 2013

Ronaldo:"Bundan başqa bir neçə səbəb də gətirə bilərəm"
 
Portuqaliya millisinin hücumçusu pley-off mərhələsində Fransa ilə qarşılaşmaq ehtimalı barədə verdiyi açıqlamaya aydınlıq gətirməkdən boyun qaçırıb.
 
Sportal.az xəbər verir ki, futbolçu bunları dilə gətirib:
" Teoretik cəhətdən Fransa pley-off mərhələsində qarşılaşa biləcəyimiz ən güclü rəqibdir. Bizim qarşılaşmamız çox maraqlı ola bilərdi, elə ona görə də bunun baş tutmamasını istərdim.
Bundan başqa bir neçə səbəb də gətirə bilərəm. Lakin mən bu haqda danışmaq istəmirəm, çünki cəzalana bilərəm", 

Xəbər xətti