"Araz" Naxçıvan Qurban bayramını bir yerdə qeyd ediblər

02:21 - 15 Oktyabr 2013

Komanda “Əshabi-Kəhf” ziyarətgahına gedib

 
Milli-mənəvi dəyərlərə daim həssaslıqla yanaşan “Araz" Naxçıvan futbol klubunun kollektivi Qurban bayramı münasibətilə Naxçıvan şəhəri yaxınlığındakı “Əshabi-Kəhf” ziyarətgahına gedib.
 
Sportal.az xəbər verir ki, komanda üzvləri qurban kəsib, tarixi mağaranı ziyarət edib. Futbolçularımıza məlumat verilib ki, "Əshabi-Kəhf " dini-mədəni abidə kompleksi Azərbaycanda tanınmış məkanlardandır. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda qurbanlar kəsilir. İlin bütün fəsillərində buranı ziyarət edənlərin ardı-arası kəsilmir. Abidə ölkəmizə gələn əcnəbi turistlərin də ziyarət etdiyi məkanlardandır. Bildirilib ki, son illər "Əshabi-Kəhf"də iki dəfə abadlıq, bərpa işləri aparılıb, zəvvarlar üçün rahatlıq yaradılıb, 13 km məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. 2007-ci ildə aparılan quruculuq işlərindən sonra kompleksin ərazisi genişləndirilib. Ziyarətgahın ərazisində "Qonaq Evi", "Bələdçi otağı" və hədiyyələr mağazası da fəaliyyət göstərir. Ziyarət və ziyarətgahla bağlı məlumatlar futbolçular tərəfindən maraqla qarşılanıb.

Xəbər xətti