Vasili Utkin: "Rusiyanın Bakıda məğlubiyyətinə inanmıram" MÜSAHİBƏ

16:25 - 15 Oktyabr 2013

"Amma burada heç bir Azərbaycan yoxdur"
 
Rusiyanın futbol şərhçisi Vasili Utkin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan - Rusiya oyunu haqda fikir söyləyib. Sportal.az şərhçinin fikirlərini çatdırır:
 
Vasili Vyaçeslavoviç, bu gün keçiriləcək Azərbaycan - Rusiya oyunundan nə gözləyirsiniz?
Mən gözləyirəm ki, Rusiya dünya çempionatının final mərhələsinə çıxması barədə sualı həll etməlidir. Mən bunun necə həyata keçəcəyinin tamamilə fərqində deyiləm. Mənə bu oyunda sadəcə nəticə maraqlıdır.
 
Sizin bəzi həmkarlarınız Rusiyanı məğlub etmiş Şimali İrlandiya yığmasını Cümə günü məğlub etmiş Azərbaycan yığmasından ehtiyat edirlər. Sizi bu ehtiyat narahat etmir?
DÇ-2014-ün final mərhələsinə çıxışı təmin etmək asan olmayacaq. Mənə görə Rusiya yığması çox qeyri-sabit və kifayət qədər təcrübəsiz komandadır. Bilmək olmaz ki, o öz yaxşı futbolunu göstərəcək ya yox. Biz qalib gəlməyə də bilərik. Amma burada heç bir Azərbaycan yoxdur. Azərbaycanın yerinə o səviyyədə istənilən yığmanı qoymaq olar. Problem Rusiya yığmasındadır.
 
Şayiələrə görə Azərbaycan yığmasına Rusiya yığması üzərində qələbə təqdirində yüksək mükafat vəd edilib. Müasir futbolda pul vacib rol oynayır. Bu fövqəladə köklənmə olmayacaq ki?
Çox çətin sualdır. Mən Azərbaycan yığmasının necə təşkil edildiyini bilmirəm, orada kimlərin oynadığını və necə insanlar olduğunu bilmirəm. Yüksək mükafat və köklənmə səfərbər edə və həm də əsəbiləşdirə bilər. Bunu aydınlaşdırmaq çox çətindir. Hər halda Rusiya futbolunda yüksək mükafatla təəccübləndirmək dövrü çoxdan arxada qalıb.
 
2009-cu ildə iki komandanın azarkeşləri arasında qarşıdurma yaşanmışdı. Sabah dörd il əvvəlki hadisələrin təkrarlanması gözlənilir?
Bəli. Qarşıdurma həmişə mümkündür və bunu qabaqcadan təxmin etmək olmaz. Sizdə Qurban bayramı olduğunu nəzərə alsaq, çox istərdim ki, hüquq-mühafizə orqanlarının peşəkarlığı, azarkeşlərin dərrakəsi çatsın. Nəsə baş versə, yerli miqyasda qalsın. Bu, həmişə ola bilər. Asayiş pozuntuları lap yəqin olacaq.
 
Azərbaycandan məğlubiyyət faciə ola bilər?
Faciə - güclü ifadədir. Mən sözsüz anlayıram ki, futbolda hər şey ola bilər. Ancaq Rusiyanın məğlubiyyətinə inanmıram.  Mənə elə gəlir ki, yığma lazımı nəticəni qazanacaq.
 
Berti Foqtsun məşqçilik fəaliyyətini necə qiymətləndirirsiniz?
Əvvəllər onun bəzi qəbuledilməzlikləri vardı. İndi əsası onun köklənməsidi ki, sonra Azərbaycan yığması ilə işləməyə razılıq versin. İndi işləmək istəyən və formasını saxlayan məşqçi tapmaq çox çətindi. Mənə belə gəlir ki, Foqtsa  Azərbaycan yığması ilə işləməyi davam etdirmək lazımdı. Bu, həm onun, həm də Azərbaycan yığmasının xeyrinədi.

Xəbər xətti