Toşak bilet alsa da, stadiona buraxılmadı

03:10 - 16 Oktyabr 2013

Təcrübəli mütəxəssis kor- peşman geri qayıdıb
 
"Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak ötən gecə keçirilmiş DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycan – Rusiya matçını stadiondan izləyə bilməyib.
 
Sportal.az xəbər verir ki, buna səbəb onun oyunun keçirildiyi “Bakcell Arena”ya buraxılmaması olub.

Belə ki, Toşak oyundan 40 dəqiqə öncə arenaya yaxınlaşıb və VİP-sektora olan biletini təqdim edib. Lakin təhlükəsizlik xidmətinin işçiləri buna baxmayaraq, onu stadiona buraxmaq istəməyiblər. Toşakla birgə olan “Xəzər Lənkəran”ın digər rəsmiləri onlara qarşılarında dünya şöhrətli məşqçinin olduğunu, biletinin olmasını başa salmağa çalışsa da, bunlar bəhrəsiz qalıb.

Xəbər xətti