Mahir Şükürov: "Ona dedim ki..."

12:11 - 16 Oktyabr 2013

"Bu nəticəni uğur saymaq olar"
 
Azərbaycan milli komandasının və “Neftçi” klubunun vitse-kapitanı Mahir Şükürov Azərbaycan-Rusiya (1:1) matçından sonra jurnalistlərin suallarını cavablandıırıb. Sportal.az xəbər verir ki, fikirlərini belə bildirib:
 
 
Düşünürəm ki, çətin və maraqlı bir qarşılaşma oldu. Qələbə qazanıb, bütün azarkeşlərimizi sevindirmək istəyirdik. Onlara bayram günlərində bundan yaxşı hədiyyə ola bilməzdi. Düzdür, qələbəyə nail ola bilmədik. Amma Rusiya ilə oyunda 1 xal da pis nəticə deyil.
 
Komandamız azlıqda qaldıqdan sonra hansı hissləri keçirdiniz? Artıq xal götürməyin mümkünsüz olduğunu düşünürdünüz?
Əksinə. Biz Rəşad Sadıqovla aramızda danışdıq ki, komandanı bir qədər irəli aparaq və rəqibi öz meydançasında sıxaq. Bu, öz bəhrəsini verdi. Allaha qurban olum, cərimə zərbəsi təyin edildi. Mən topu Qaradan istədim. Topu havalandırdım və Vaqif dəqiq baş zərbəsi ilə hesabı bərabərləşdirdi.
 
Allaha dua edirdin ki, kaş Aleksandr Səmədovla eyni cinaha düşəydim...
Belə bir istəyim var idi. Amma Səmədovu da başa düşmək lazımdır. Rusiyada böyüyən uşaqdı. Onun öz qərarıdır və biz ona hörmət etməliyik. Mənim fikrim o idi ki, Qəmbərovla (Kambarov) eyni cinaha düşüm. Ona qarşı çox oynamışam. Nəyə qadir olduğunu bilirəm. Qəmbərov kimisi 10 dəfə ötürmə edincə bir dəfə mənim kimi eləsin və qol vurulsun (gülür). Rusiya sıradan komanda deyil. Bu nəticəni də uğur saymaq olar.
 
Foqtsun qalmasını istəyirsiniz?
Bəli, bunu bütün futbolçular istəyir.

Xəbər xətti