"Xəzər Lənkəran" Naxçıvana nə vaxt gedəcək?

12:51 - 16 Oktyabr 2013

Cənub təmsilçisi Bakıdan birbaşa Naxçıvana yollanacaq
 
Oktyabrın 23-ü Superkubok oyununda Naxçıvan şəhərində "Neftçi"  "Xəzər Lənkəran"la üz-üzə gələcək.
 
Sportal.az xəbər verir ki, artıq cənub təmsilçisinin Naxşıvana gedəcəyi tarix də müəyyənləşib. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza verdiyi açıqlamada bildirib:
"Komandamız oktyabrın 21-i Naxçıvana yollanacaq. "Simurq"la matçdan sonra Lənkərana qayıtmayacağıq, Bakıdan birbaşa Naxçıvana gedəcəyik"

Xəbər xətti