Daha bir millidə baş məşqçi istefası

21:56 - 16 Oktyabr 2013

Polşanın baş məşqçisi istefaya göndərildi
 
"DÇ-2014"ün seçmə mərhələsinin başa çatması ilə daha bir milli komandada baş məşqçi istefası gerçəkləşib.
 
Sportal.az xəbər verir ki, Xorvatiyanın ardından Polşa millisi də baş məşqçisi Valdemar Fornaliklə yollarını ayırıb.
 
Hələlik Polşa millisini çalışdıracaq baş məşqçinin kimliyi məlum deyil. Buna ilin sonuna qədər aydınlıq gələcəyi bildirilir.
 
Qeyd edək ki, Polşa yığması seçmə mərhələni 13 xalla 4-cü pillədə başa vurub. 

Xəbər xətti