Pley-off oyunlarının vaxtı açıqlandı

23:14 - 16 Oktyabr 2013

21 oktyabrda cütlüklər bəlli olacaq
 
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinə Avropa zonasından qatılmaq istəyən 8 komanda müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, bunlar Xorvatiya, İsveç, Rumıniya, İslandiya, Portuqaliya, Yunanıstan, Ukrayna və Fransa milliləridir.
 
Qrup ikincilərindən yalnız Danimarka kənarda qalıb. Buna səbəb danimarkalıların yer aldıqları B qrupunda hamıdan az – 16 xal toplamasıdır.
 
Artıq indidən adıçəkilən 8 komandanın püşkatma zamanı hansı səbətdə yer alacağı bilinir. Belə ki, sabah FİFA-nın reytinq cədvəli açıqlanacaq. Ancaq həmin hesablamaları aparıb topladıqları xallara əsasən kimlərin “səpələnmişlər”, kimlərinsə “səpələnməmişlər” səbətində qərarlaşacağını bilmək mümkündür.
 
Səpələnmişlər: Portuqaliya (1036 xal), Yunanıstan (983), Xorvatiya (901), Ukrayna (871)
Spələnməmişlər: Fransa (867), İsveç (849), Rumıniya (767), İslandiya (634)
 
Qeyd edək ki, püşkatma mərasimi oktyabrın 21-də keçiriləcək. Pley-off oyunları isə noyabrın 15-i və 19-da baş tutacaq. 

Xəbər xətti