İbrahimoviçdən dünyanı ağladan mesaj

23:01 - 17 Oktyabr 2013

İbrahimoviç:"Səni düşünərək çıxdığım Benfika oynunda sənin üçün 2 qol vurdum"
 
Bosniya Hersoqovinada xərçəng xəstəsi olan 8 yaşındakı Hajrudin Kamenjasın son istəyi İsveçli ulduz oyunçu Zlatan İbrahimoviçi görmək idi.  
 
Sportal.az xəbər verir ki,  Zlatan İbrahimoviçin matç proqramının sıxlığı səbəbi ilə talehsiz uşağın yanına gedə bilməyəcəyinin öyrənilməsindən sonra dövrəyə girən Dünya Sağlamlıq Təşkilatı ''Light for tomorrow'' problemi həll edib. Həkimlərin 1 ay ömürü qaldığını bildirdiyi Hajrudin Kamenjasın son istəyi üçün fərqli bir üsul tapan Dünya Sağlamlıq Təşkilatı, İbrahimoviçin duyğu dolu mesajını, bir video kliplə talehsiz uşağa çatdırıb. Videoda Bosnakca danışan İbrahimoviç, bu ifadələriylə Hajdurin Kamenjası xoşbəxt edib:''Salam Hajdurin. Mən Zlatan İbrahimoviç. Məni daim düşündüyünü eşitdim, mən də səni düşünürəm. Çox təəssüf edirəm yanına gələ bilmədim və sənə hədiyyə gətirə bilmədim. İmzalı şəkilimi və formamı sənə göndərirəm. Benfika oynuna səni düşünərək çıxdım və sənin üçün 2 qol vurdum. Ürəyimdəsən İbrahimoviç.'"

Xəbər xətti