Ançelotti "Yuve"dən çəkinir

01:43 - 18 Oktyabr 2013

"Onlar həmişə oyunlara yüksək motivasiya ilə çıxırlar"
 
Çempionlar Liqasının 2013-14 mövsümünə böyükhesablı qələbələrlə başlayan “Real” 3-cü oyununu oktybarın 23-də “Yuventus”a qarşı keçirəcək.
 
Sportal.az xəbər verir ki,  “Yuventus” həmişə “Real” üçün təhlükəli rəqiblərdən sayılıb. Bunu dərk edən Karlo Ançelotti “qoca sinyora”ya tərif yağdırıb: “Yuventus” yaxşı təşkil olunmuş komandadır. Onlar həmişə oyunlara yüksək motivasiya ilə çıxırlar. Bundan əlavə, texnikalı futbolçuları da kifayət qədərdir. Yayda Karlos Tevez və Fernando Llorente kimi hücumçuları transfer etdilər. Ən əsası isə odur ki, “Yuventus”a 3 ildir Antonio Konte başçılıq edir. Bir məşqçiyə uzun müddət güvənmək adətən yaxşı nəticə verir”.

Xəbər xətti