Alman nəhəngi Pirloya "elçi düşdü"

15:10 - 18 Oktyabr 2013

34 yaşlı yarımmüdafiəçi "Bavariya" ilə danışıqlara başlayıb

 

“Yuventus”un və İtaliya yığmasının üzvü Andrea Pirlo karyerasını Almaniyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə “Bavariya” danışıqlara başlayıb. Qeyd edək ki, Pirlonun mövsümün sonunda “Yuve”dən ayrılacağı haqda xəbərlər xeyli vaxtdır ki, dolaşır. Onun adı daha çox ingilis klubları ilə birgə hallanırdı. Ancaq bu mübarizəyə “Bavariya” da qoşulub. Münhen klubunun çalışdırıcısı Pep Qvardiola rəhbərliklə söhbətində Pirlonun alınmasını tələb edib. 

Xəbər xətti