"Bakı"nın qapısını kim qoruyacaq?

17:00 - 18 Oktyabr 2013

"Bu yalnız oyun günü bilinəcək"
 
Dünən Kamran Ağayevin zədələnməsi ilə bağlı xəbərini vermişdik.
 
Sabah AZAL-la matçda "Bakı"nın qapısını kim qoruyacaq? sualını isə klubun mətbuat xidmətinin rəhbəri  İsgəndər İsgəndərov  Sportal.az-a cavablandırdı.
 
"Bu haqda indi heç nə deyə bilmərəm. Qapıda kimin duracağı sabah bilinəcək. Aqil Məmmədov, Edin Nuredinoski və Elxan Əhmədov seçimləri var. Baş məşqçi bu gün son məşqdən sonra qərarını verəcək"

Xəbər xətti