"Dünyanın ən texnikalı futbolçusu Ronaldodu, amma Kriştiano yox"

23:48 - 18 Oktyabr 2013

Kapello hansı futbolçunu dünyanın ən yaxşısı hesab edir?
 
Rusiya millisinin baş məşqçisi italiyalı Fabio Kapello maraqlı şərh verib.
 
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis dünyanın ən yaxşısı hesab etdiyi futbolçu haqda bunları dilə gətirib:
 
"Dünyanın ən texnikalı futbolçusu Ronaldodu, amma Kriştiano yox, braziliyalı. Marko Van Basten də əla futbolçu idi. Ronaldo formasının pik nöqtəsində olduğu zaman qarşısıalınmaz olurdu.
 
Hazırda dünyanın yaxşısı Messidi. Lakin onu bütün dövrlərin ən yaxşısı hesab etmirəm. Pele və Maradonanı unutmaq olmaz". 

Xəbər xətti