"Rəvan" son məşqini etdi

10:04 - 19 Oktyabr 2013

Komanda oyun saatını gözləyir
 
"Rəvan" Premyer Liqanın 10-cu turu çərçivəsində "Neftçi"nin qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, sözügedən komanda artıq bu oyuna hazırlığı başa vurub.
 
Ötən gün axşam saatlarında "Bakcell Arena”da keçirilən məşq bu baxımdan sonuncu olub. Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçirilən hazırlıq yüngül xarakterli olub. İsinmə hərəkətlərindən sonra futbolçular qapıya zərbələr, cinah asmalarının qapanması, standart vəziyyətlər və müxtəlif taktiki gedişlər üzərində çalışıblar.
 
Qeyd edək ki, "Neftçi” – "Rəvan” oyunu bu gün saat 16:00-da "Bakcell Arena” stadionunda keçiriləcək.

Xəbər xətti