Toşak gənc futbolçuları unutmadı

02:23 - 19 Oktyabr 2013

"XL" oyun saatını gözləyir
 
Ötən gün “Xəzər Lənkəran” “Simurq”la matçın keçiriləcəyi “Bayıl arena”da oyun öncəsi son məşqinə çıxıb.
 
Sportal.az xəbər verir ki, saat 11:00-da başlayan məşq bir saat davam edib və taktiki çalışmalar yerinə yetirilib. 

Sonda isə futbolçular Covanni Melikkorenin sərəncamında fiziki çalışmaları yerinə yetiriblər. Məşq sonrası Toşak meydançada yerli gənc futbolçularla ayaqüstü söhbət etməsi diqqətdən yayınmayıb. Çalışmaları yekunlaşdıran komanda məskunlaşdığı “Modern” oteldə oyun saatını gözləyir.

Qeyd edək ki, “Simurq” - “Xəzər Lənkəran” görüşü bu gün saat 17:00-da baş tutacaq.

Mənbə: 12cioyuncu.info
 

Xəbər xətti