Hafiz Məmmədov bu dəfə Falkao ilə bir yerdə FOTOLAR

12:33 - 19 Oktyabr 2013

Futbolçu "Bakı" klubunun prezidenti ilə görüşdü
 
Oktyabrın 18-də Monakonun otelərindən birində "Monako" klubunun kolumbiyalı ulduzu Radomel Falkao “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovla görüşüb.
 
Sportal.az klubun saytına istinadən xəbər verir ki, dünya şöhrətli forvard bu görüşə gənc ailəsi və 2 aylıq körpəsi ilə gəlib. 
 
Falkao Hafiz Məmmədovla dostluq münasibətlərinə xüsusi qiymət verdiyini bildirib və "Atletiko"nun qazandıqları uğurlarda Məmmədovun xüsusi payının olduğunu diqqətə çatdırıb. 
 
"Monako"nun ulduzu Bakıda keçirdikləri 2 günü, uşaqlara öyrətdikləri “master-klass”ı, qala-gecəni, xüsusilə, Azərbaycan prezidenti İlham Əliyevlə ünsiyyəti daim xoş xatirə ilə yada saldığını bildirib.
 
Görüşün sonunda Radomel Falkao "Monako"nun formasını Hafiz Məmmədova hədiyyə edib.
 

Xəbər xətti