Dadaşov üçün 15 dəqiqə

13:28 - 19 Oktyabr 2013

Millimizin futbolçusu oynadı
 
Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov Almaniya çempionatında növbəti oyununu keçirib. Sportal.az xəbər verir ki, hücumçumuz Regionalliqanın Cənub-Qərb zonasında keçirilən XIII turun iştirakçıaı olub.

Dadaşov çıxış etdiyi “Kayzerslautern-2”nin “Qrossaspax”la səfər matçında meydana çıxıb. Həmyerlimiz komandası 0:1 olarkən, 75-ci dəqiqədə mübarizəyə atılıb. Qonaqlar məhz bundan sonra bərabərlik qolu vuraraq 1 xal əldə edib – 1:1.

13 turdan sonra hesabında 22 xal olan “Kayzerslautern-2” 5-ci pillədə qalıb. Hərçənd 4-cü yerdəki rəqibi yenəcəyi halda komanda hətta 3-cü pilləyə yüksələ bilərdi.
 

Xəbər xətti