"XL"dən möhtəşəm "comeback"

18:54 - 19 Oktyabr 2013

"Ağ yaşıllar" tilsimi qıra biləcəkmi?

 

Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində bu gün "Simurq" "Bayıl Arena"da "Xəzər Lənkəran"ı qonaq edəcək. Sportal.az xəbər verir ki, birinci dövrənin uğursuz komandalarından olan "ağ yaşıllar" tilsimi qırmağa çalışacaq.

"Simurq" isə birinci dövrədə daha çox heç-heçələri yadda qalıb. Bu iki bölgə komandası arasında keçirilən ilk görüş 0:0 hesabı ilə bitmişdi.

 

Azərbaycan Premyer Liqası
X tur
19 oktyabr
 
17:00 “Simurq” – “Xəzər Lənkəran” 1:2
Hakimlər:Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev
“Bayıl Arena” stadionu
 
Dəq 1: Oyuna meydan sahibləri başladı
 
Dəq5: "Xəzər Lənkəran" qapıya ilk zrbəsini vurur
Dəq 6: Qooooolll !!!Adi epizoddan Nicat Qurbanov komandasını hesabda irəli keçirir
Dəq 12: "XL"in futbolçusu Nildo yerdə  qalır 
Dəq 14: Həkimlərin köməyi ilə Nildo ayağa qalxır oyun qaldığı yerdən davam edir
Dəq 16: Sakkoninin ötürməsində müdafiəçilər topun Mbilla Etameyə çatmasına icazə vermir
Dəq 18: Rahidin ötürməsində Nildo topa toxunsa datop dirəyindən yanından çölə çıxır
Dəq 18: Nildo zədəsinə görə oyuna davam edə bilmir, yerini Edu Oriola buraxır
Dəq 20: Rasim Ramaldanov Rəşad Eyubova qarşı kobudluq edir və sarı vərəqə ilə cəzalandırılır.
Dəq 21: "Simurq" künc bayrağının yaxınlığından cərimə zərbəsi yerinə yetirir
Dəq 23: "Xəzər Lənkəran"da növbəti dəyişiklik: Deyvid Sakkoni yerini Saido Tounkaraya buraxır
Dəq 27: Qonaqlar təzyiqi artırıb, amma meydan sahibləri müdafiədə inamlı oyun göstəririlər
Dəq 28: Hakimin  qərarı Toşakı özündən çıxartdı
Dəq 30: Rəşad Eyubovun uzaqdan zərbəsi təhlükəli alınır, top azacıq qapının yanından çölə çıxır
Dəq 34: Elnur Abdullayevin uzaqdan zərbəsini Pavel Kapsa zərərsizləşdirir
Dəq 36: Edu Oriol qapını yoxlayır, müdafiəçiyə dəyən top birbaşa qapıçının üzərinə gedir
Dəq 39: Sadio Tounkaranın cərimə meydançasına ötürməsində Skarlatakenin başla zərbəsi qapı tirinə dəyərək meydanı tərk edir
Dəq 40: Meydanda ən çox sahib olan tərəf qonaqlardlr.
DƏq 41: Meydan sahiblərinin heyətində Nicat Qurbanov yerdə qalır, və daha sonra isə əvəzlənərək yerini Orxan Səfiyaroğluna buraxır
Dəq 45: Skarlatakenin cərimə zərbəsindən zərbəsi müdafiəçilərdən geri qayıdır
Dəq 46: "Bayıl Arena"da ilk hissə başa çatdı
Dəq 47 : kinci hissə başladı
Dəq 51: Oyun meydanın mərkəzində gedir
Dəq 53: Qoooolll: Sadionun ötürməsindən sonra Ağabala Ramazanov Kapsanı məyus edir
Dəq 58:Qonaqlar təzyii artırır
Dəq 62: Alvaro Silva topu qapıdan keçirsə ə, hakim qolu saymır. Hakimin fikrincə müdafiəçi topu əl ilə vurub
Dəq 64: Qoooolll  Ağabala Ramazanovun yerinə yetirdiyi kücndən zərbədən sonra komandanın müdafiəçisi Skarlatake komandasını hesabda irəli kecirir
Dəq 67: "Simurq"un heyətində dəyişiklik: Stefan Polyak yerini Salif Balloya buraxır
Dəq 78: Oyun meydanın mərkəzində gedir
Dəq 80: "Simurq" azlıqda qaldı. Qırmızı vərəqə alan futbolçu 20 nömrəli Vitzman
Dəq 82: Sadio qapıçı ilə təkbətək çıxsa da, Pavel Kapsa bu mübarizədən qalib ayrılır
Dəq 88: Qonaqların heyətində son əvəetmə: Edu Oriol yerini Nikola Qliqorova buraxır
Dəq 90: Orxan SƏfiyaroğlunun zərbəsi qapıdan azacıq aralı keçir
Dəq 90: Hakimin final fiti səslənir, qonaqlar meydandan üç xalla ayrılır

Xəbər xətti