"XL"-in azarkeşi həbs olundu, futbolçularla polislər arasında qarşıdurma yarandı

19:32 - 19 Oktyabr 2013

Bayılda qalmaqal

 

“Bayıl Arena”da keçirilən “Simurq” – “Xəzər Lənkəran” matçında xoşagəlməz anlar yaşanıb. Lənkəran klubunun azarkeşi həbs olunub.

 

Asayiş keşikçisi ilə azarkeş arasında qarşıdurma polisin yersiz atmacasından sonra başlayıb. Sportal.az saytının əməkdaşının verdiyi məlumata görə, polis lənkəranlı azarkeşə səslənərək “Onsuzda “Neftçi” sizi Naxçıvanda məğlub edəcək” deyib. Bundan sonra polislə azarkeş arasında söz atışması başlayıb. Polis əməkdaşının söyüş söyməsindən sonra isə ara lap qarışıb və azarkeş döyülərək həbs edilib.

 

Baş verənləri görən “Xəzər Lənkəran”ın futbolçuları Rahid Əmirquliyev və Rasim Ramaldanov da məsələyə qarışıb. Futbolçular aranı sakitləşdirmək istəsələr də, bu mümkün olmayıb. Vəziyyət o həddə çatıb ki, polislər futbolçulara qarşı da güc tətbiq ediblər. 

 

Qeyd edək ki, "Xəzər Lənkəran" "Simurq" üzərində 2:1 hesablı qələbə qazanıb.

Xəbər xətti