Con Toşak:"Super Kuboku Lənkərana aparmaq yaxşı olar"

20:12 - 19 Oktyabr 2013

"Simurq"un müdafiə xəttini yarmaq çox çətin idi"
 
"Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak  Premyer Liqanın 10-cu turu çərçivəsində keçirilmiş “Simurq”la oyunu şərh edib.
 
Sportal.az xəbər verir ki, Lənkəran təmsilçisinin uelsli çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“İlk 15 dəqiqədə bərbad oynadıq. Rəqib qol vurduqdan sonra qapalı futbol oynadı. “Simurq”un müdafiə xəttini yarmaq çox çətin idi. Sakkonini əvəzləmək düzgün addım idi. Tounkara, Mbilla və Ramazanovla müxtəlif hücum variantlarına əl atdıq. İkinci hissədə üstün tərəf idik, qalib gəlmək üçün əlimizdən gələni etdik. Nildo diz bağlarından zədələnib, onun Super Kubokda oynamaq şansı azdı. “Neftçi”yə qarşı iki dəfə oynamışıq və heç birində məğlub olmamışıq. Super Kuboku Lənkərana aparmaq yaxşı olar”.

Xəbər xətti