Pantiç Kamran Ağayevin əvəzinə kimi oynadacaq?

15:25 - 20 Oktyabr 2013

Serb məşqçidən gənc qapıçıya şans

 

Bu gün Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində son oyunlar keçiriləcək. "Bakı" doğma meydanda AZAL-ı qəbul edəcək. Meydan sahiblərinin heyətində ciddi itkilər var. Bu itkilər əsasə qapıçı problemi ilə bağlıdır. Həm Aqil Məmmədovun, həm də Kamran Ağayevin zədəli olması Pantiçi pis vəziyyətdə qoyub.

 

Oyundan öncə qapını kimin qoruyacağı sual doğururdu. Serb məşqçi bu oyunda qapını əvəzedici komandanın çərçivə qoruyucusu Elxan Əhmədova tapşırıb. Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, AZAL-la oyunda "zolaqlılar"ı qoldan məhz gənc qolkiper sığortlamamlıdır.

Xəbər xətti