Klopp:"Özil "Arsenal"ı bir səviyyə yüksəltdi"

23:55 - 20 Oktyabr 2013

"Arsenal" bu ankı vəziyyətiylə çempionluğa ən böyük namizəddir"
 
Transfer mövsümünün son günlərində "Real"dan "Arsenal"a keçən Mesut Özil Topçuların bu mövsümki oynunda ən əhəmiyyətli pay sahiblərindən biridir.

Sportal.az xəbər verir ki, "Borussia" (Dortmund)un baş məşqçisi  Yürgen Klopp xarici mətbuatda çıxan xəbərdə Mesuta olan heyranlığını bu sözlərlə ifadə edib: "Özil "Arsenal"ı bir səviyyə yüksəltdi. Hücum futbol oynayan komandalar üçün onun taktiki zəkası çox əhəmiyyətlidir və Arsen Venqer də tam bunu istəyir. O da belə qabiliyyətli və texniki futbolçuları istəyir. "Arsenal" bu ankı vəziyyətiylə çempionluğa ən böyük namizəddir. Yaxşı bir heyətləri və güclü baş məşqçiləri var. Məncə favoritdirlər".

Xəbər xətti