"Ağ-qaralar" Naxçıvanda bir məşqlə kifayətlənəcək
Premyer Liqanın son turunda “Rəvan” üzərində qələbə qazanan “Neftçi” artıq bütün diqqətini Azərbaycan Superkubokuna yönəldib.
Sportal.az xəbər verir ki, dünən istirahət edən komanda bu gün bir məşqlə kifayətlənib. Sabah səhər saatlarında isə 50 nəfərdən ibarət nümayəndə heyəti Naxçıvana yola düşəcək. Bu heyətdə futbolçular və klub rəsmiləri yer alacaq. “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadədən aldığımız məlumata görə, “Neftçi” Naxçıvanda beşulduzlu “Təbriz” otelində məskunlaşacaq. Komanda sabah da 1 məşqlə kifayətlənəcək və oyun saatını gözləyəcək.
Qeyd edək ki, oktyabrın 23-də keçiriləcək Superkubok matçında “Neftçi” “Xəzər Lənkəran”la qarşılaşacaq.
forvard.az
saytlarin hazirlanmasi