"Xəzər Lənkəran" və "Neftçi" Naxçıvanda bir araya gəldilər

14:39 - 22 Oktyabr 2013

Komandalar Heydər Əliyevin abidəsini ziyarət ediblər

 

Sabah Azərbaycan Superkuboku uğrunda keçiriləcək görüşdə üz-üzə gələcək “Xəzər Lənkəran” və “Neftçi” klubunun üzvləri Naxçıvanda bir araya toplaşıblar.

 

Sportal.az xəbər verir ki, məqsəd Azərbaycan xalqının lideri Heydər Əliyevin abidəsini ziyarət etmək olub. Hər iki komanda nın məşqçiləri, futbolçuları, texniki heyəti, eləcə də Peşəkar Futbol Liqasının nümayəndələri Heydər Əliyevin abidəsi önündə olublar.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” oyunu sabah saat 15:00-da başlanacaq.

 

Xəbər xətti