"Arsenal" "Borussiya"nı məğlub edə biləcəkmi?
Bu gün Çempionlar Liqasının qrup mərhələsində III turun oyunlarına start veriləcək.
Sportal.az xəbər verir ki, ilk oyun gününə 8 qarşılaşma nəzərdə tutulub.
E qrupunun lideri "Şalke" evdə "Çelsi"ni qəbul edəcək. Qrupun digər oyununda "Styaua" evdə "Bazel"i sınağa çəkəcək. F qrupunun liderləri "Arsenal" və "Borussiya" (Dortmund) Londonda üz-üzə gələcəklər. Digər oyunda isə "Marsel" evdə "Napoli" ilə qarşılaşacaq.
G qrupunda "Land of Fire Azerbaijan" formalı "Atletiko" (Madrid) klubu səfərdə "Avstriya"nın qonağı olacaq. Digər görüşdə "Porto" öz meydanında "Zenit"lə münasibətlərinə aydınlıq gətirəcək. H qrupunun mərkəzi görüşü Milanda baş tutacaq. Burada yerli "Milan" klubu "Barselona" ilə qarşılaşacaq. Digər oyunda isə "Seltik" "Ayaks"ı qəbul edəcək.
Qeyd edək ki, III turun oyunlarına sabah keçiriləcək 8 qarşılaşma ilə yekun vurulacaq.
22 oktyabr
E qrupu
23:45. "Styaua" (Rumıniya) - "Bazel" (İsveçrə) :1
Qollar: Tatu,88 - M.Diaz,46
23:45. "Şalke" (Almaniya) - "Çelsi" (İngiltərə) 0:3
Qollar: Torres,5, 79, Edin Hazard,87
F qrupu
23:45. "Marsel" (Fransa) - "Napoli" (İtaliya) 1:2
Qollar: Ayev,86 - Kallexon,42, Zapata, 67
23:45. "Arsenal" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) 1:2
Qollar: O. Jiru,41 - Mıxtaryan, 16, Levadovski,83
G qrupu
23:45. "Avstriya" (Avstriya) - "Atletiko" (Madrid, İspaniya) 0:3
Qollar: Raul Qarsiya, 8, Dieqo Koşta,20, 53
23:45. "Porto" (Portuqaliya) - "Zenit" (Rusiya) 0:1
Qol: Kerjakov,86
H qrupu
23:45. "Seltik" (Şotlandiya) - "Ayaks" (Hollandiya) 2:1
Qol: C. Forest,43, Kayal.B, 54 - Şone,90+4
23:45. "Milan" (İtaliya) - "Barselona" (İspaniya) 1:1
Qollar: Robinyo,9 - Messi,24
saytlarin hazirlanmasi