Mübariz Mənsimov Toşaka zəng etdi

14:24 - 23 Oktyabr 2013

Fəxri prezident baş məşqçiyə uğurlar arzuladı
 
"Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov bu gün keçiriləcək superkubok qarşılaşmasından öncə klubun baş məşqçisi Con Toşaka zəng vurub. 
 
Sportal.az-ın Naxçıvana ezam olunmuş müxbiri xəbər verir ki, məşhur iş adamı Naxçıvanda üz-üzə gələcək "Neftçi" "Xəzər Lənkəran" oyunundan öncə Toşakla əlaqə saxlayaraq təcrübəli mütəxəssisə uğurlar arzlayıb və oyunqabağı komandanın ümumi ab-havası ilə maraqlanıb.
 
Qeyd edək ki, oyun bu gün saat 15:00-da Naxçıvanın İbrahibxəlil Axundlu adına stadionunda baş tutacaq.

Xəbər xətti