Rəhbərlik məşqçilər korpusunu istefaya göndərdi
“Neftçi” rəhbərliyi Tərlan Əhmədovun rəhbərlik etdiyi məşqçilər korpusu istefaya göndərib.
Sportal.az xəbər verir ki, bu barədə jurnalistlərə klub prezidenti Sadıq Sadıqov məlumat verib.
O deyib ki, “Xəzər Lənkəran”na Superkubok matçında 1:2 hesabı ilə uduzan komandasını tanıya bilməyib. Sadıqov “Xəzər Lənkəran”ın “Neftçi” üzərində layiqli qələbə qazandığını da sözlərinə əlavə edib.
Daha sonra klub prezidenti bildirib ki, “Neftçi”də yeni baş məşqçi məsələsinə həftə sonu “Simurq”la Premyer Liqanın oyunundan sonra aydınlıq gələcək.
saytlarin hazirlanmasi