"Atletiko"nun futbolçusu "Çelsi"nin hədəfində

12:25 - 24 Oktyabr 2013

"Zadəganlar" Kostanı transfer etmək niyyətindədir
 
“Atletiko”nun heyətində cari mövsümdə inamlı oyun sərgiləyən Dieqo Kosta Avropanın qrand klublarının maraq dairəsinə düşüb.
 
Sportal.az xəbər verir ki, bu günlərdə braziliyalı futbolçuya daha bir təklif gəlib. Belə ki, “Çelsi” 25 yaşlı forvardı heyətinə qatmaq niyyətindədir. “Zadəganlar” Kostanı qışda transfer etməyi düşünürlər. “Çelsi”nin baş məşqçisi Joze Mourinyo rəhbərliklə söhbətində braziliyalının oyununu bəyəndiyini bildirib. Məhz bundan sonra hərəkətə keçən ingilislər qarşı tərəfə rəsmi təkliflə müraciət ediblər.

Xəbər xətti