Qvardiola:"Amma nəyə görə son anda bundan imtina etdiyini başa düşmədim"
Çempionlar Liqasında “Viktoriya” üzərində böyükhesablı (5:0) qələbə qazanan “Bavariya”da Aryen Robbenin qazandığı penaltini vurmaqdan imtina etməsi diqqətdən qaçmayıb.
Sportal.az xəbər verir ki, buna münasibət bildirən komandanın baş məşqçisi Pep Qvardiola oyunçusunu anlamadığını deyib: “Robben penaltini özü vurmaq istəyirdi. Amma nəyə görə son anda bundan imtina etdiyini başa düşmədim. Məncə, hər bir futbolçu qazandığı penaltini özü yerinə yetirməlidir. Aryen möhkəm xarakterli insandır. “Maynts”la matça gəlincə, orada penaltini niyə Müllerin vurduğunu bütün komanda bilir”.
Xatırladaq ki, ötən həftəsonu “Maynts”la matçda Robben özü qazandığı penaltini vurmaq istəsə də, Qvardiola zərbəni məhz Müllerin vurmasına qərar verdi. Çox güman ki, bu, hollandiyalının xətrinə dəyib.
saytlarin hazirlanmasi