"Barselona" qiymətimi bilmədi"

23:40 - 24 Oktyabr 2013

Fiqo:"Etdiklərinizin qarşılığını almayınca və qarşınıza yeni bir fürsət çıxarsa bu yeni şansı düşünərsiz"
 
2000-ci ildə Barselonadan Real Madridə transfer olan Luis Fiqo,qərar verərkən keçmiş kulubunda gördüyü rəftarı göz önünə gətirdiyini və təklif gəldiyində bir dəfə düşündüyünü bildirib.
 
Sportal.az xəbər verir ki, "Real"a transferindən sonra Katalanların nifrət etdiyi futbolçulardan biri olan,hətta 2002-ci ildə Kamp Nouda küncdən zərbəni yerinə yetirərkən meydana donuz başı atılan Luis Fiqo,Grada360-a açıqlamalar verib.
 
Fiqo: "O dönəmdə qiymətimin bilinmədiyini düşünürdüm.Kulub üçün etdiklərim heç bir zaman qarşılığını görmürdü.Bir neçə dəfə hər şeyimi verib futbolu burada buraxmağı düşünürdüm.Amma hər işdə bu belədir.Etdiklərinizin qarşılığını almayınca və qarşınıza yeni bir fürsət çıxarsa bu yeni şansı düşünərsiz.Məndə də belə oldu" deyə bildirib.
 
Luis Fiqo 2000-2005-ci illərdə Realın şərəfini qoruyub.

Xəbər xətti