"Real"da oynamaq heç də pis olmaz"

02:29 - 25 Oktyabr 2013

Vidal gələcəkdə oynamaq istədiyi klubun adını açıqladı
 
"Yuventus" klubunun yarımmüdafiəçisi Artur Vidal yaxın gələcəkdə Madrid klubunda oynamaq istədiyini bildirib.
 
Sportal.az  xəbər verir ki, 26 yaşlı Artur "Yuve"dən sonrakı komandasının məhz "Real"ın ola biləcəyini deyib:
 
"Real" ulduz futbolçulardan təşkil olunmuş yüksək səviyyəli komandadır. Bu komandada oynamaq heç də pis olmaz. Ancaq hələ ki, "Yuventus"un futbolçusuyam. Gələcəkdə isə "Yuventus"dan sonra məhz "Real"da oynamaq istərdim".
 
Qeyd edək ki, 2011-ci ildən "Yuventus"da çıxış edən Vidalın komandası ilə 4 illik müqaviləsi var.

Xəbər xətti