AFFA-nın baş katibinə yeni vəzifə

13:13 - 25 Oktyabr 2013

Elxan Məmmədov Sosial Məsuliyyət Komitəsinə üzv seçilib
 
AFFA-nın baş katibi Elxan Məmmədov FİFA-da yeni vəzifə alıb.
 
Sportal.az  xəbər verir ki, Məmmədov dünyanın ali futbol qurumunun FAİR PLAY və Sosial Məsuliyyət Komitəsinə üzv seçilib.
 
Qeyd edək ki, AFFA-nın baş katibi eyni zamanda UEFA-nın FAİR PLAY və Sosial Məsuliyyət Komitəsi sədrinin 2-ci müavinidir. O həmçinin FIFA U-17 qadınlararası dünya çempionatının FİFA Təşkilat Komitəsinin daimi üzvüdür. 

Xəbər xətti