Sadıq Sadıqov yeni baş məşqçini komandaya təqdim etdi

17:30 - 25 Oktyabr 2013

Nazim Süleymanov rəsmən "ağ qaralar"ın baş məşqçisi oldu
 
“Neftçi”nin yeni baş məşqçisi Nazim Süleymanovla rəsmi müqavilə imzalanıb. Sportal.az xəbər verir ki, klubun bazasında komandanın yeni çalışdırıcının təqdimat mərasimi keçirilib.

Klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə baş tutan görüşdə Süleymanov komanda üzvlərinə təqdim edilib. Bundan sonra komanda yeni çalışdırıcının rəhbərliyi altında ilk məşqinə çıxıb. Yeni baş məşqçinin köməkçisi isə Səmədağa Şıxlarov olacaq.

Qeyd edək ki, mövsümün əvvəlindən komandada baş məşqçi vəzifəsinin icra edən Tərlan Əhmədov və köməkçiləri Bəxtiyar Musayevlə Kamal Quliyev Superkubokdakı məğlubiyyətdən sonra istefa verib.
 

Xəbər xətti