"Xəzər Lənkəran" bir itki ilə məşq edir

00:37 - 26 Oktyabr 2013

Komanda gündə iki dəfə məşq edir
 
Azərbaycan Super Kubokunun qalibi olan “Xəzər Lənkəran” artıq doğma şəhərinə dönüb.
 
Sportal.az klub saytına istinadən xəbər verir ki, şəhərin girişində və stadionda azarkeşləri tərəfindən coşqu ilə qarşılanan komanda ötən gün “Qarabağ”la oyunun hazırlığına start verib.
 
Səhər məşqini Lənkərandakı bazasının fitness zalında keçirən “Xəzər Lənkəran” Covanni Melkiorrenin rəhbərliyi altında fiziki təmrinləri yerinə yetirib. Axşam məşqini isə komanda əsas meydanda keçirib və futbolçular saat yarım ərzində taktiki planda müxtəlif tapşırıqları yerinə yetiriblər.
 
Hazırda komandada yalnız Junior Nildo zədədən əziyyət çəkir. Braziliyalı futbolçu artıq ötən gündən fərdi məşqlərə başlayıb.
 
“Xəzər Lənkəran” bu gün “Qarabağ”la oyun öncəsi son məşqinə çıxacaq.

Xəbər xətti