Nazim Süleymanov:"Mən yerli məşqçilərin nə çəkdiyini bilirəm"

12:50 - 26 Oktyabr 2013

"Başqa dəvətlərim vardı, amma “Neftçi” ilə anlaşdım"
 
"Mən təkcə “Neftçi”dən təklif almamışdım. Başqa dəvətlərim vardı. Amma “Neftçi” ilə anlaşdım. Buna görə klub prezidenti Sadıq Sadıqova təşəkkür edirəm. Ümid edirəm ki, fəaliyyətim uğurlu alınacaq”.
 
Bu sözlər “Neftçi” klubunun yeni baş məşqçisi Nazim Süleymanova məxsusdur. Sportal.az xəbər verir ki, Süleymanov bir müddət öncə “Neftçi”dən təklif alsa da, bunu dərhal qəbul etmədiyini də bildirib:
 
“Çünki orada məşqçilər vardı. Yerli və gənc məşqçilərin işləməsini arzuladım. Çünki mən yerli məşqçilərin nə çəkdiyini bilirəm. O vaxt məni “Xəzər Lənkəran”da işləməyə qoymadılar. Mən isə yerli məşqçilərin işləməsini arzuladım. Daha sonra Superkubok oyunundan sonra mənə dəvət gəldi. Əvvəlcə AFFA rəhbərliyi ilə görüşdüm və onlar mənim gedişimə mane olmadılar. Və bundan sonra mən “Neftçi” rəhbərliyi ilə görüşdüm, razılığa gəldim”.

Xəbər xətti