"Bilmirəm, Böyükağa Hacıyev mənə mane olacaq ya yox"

13:02 - 26 Oktyabr 2013

Nazim Süleymanov Böyükağa Hacıyevin ona mane olmasından danışmaq istəmədi
 
Nazim Süleymanov bu gün “Neftçi” klubunun yeni baş məşqçisi kimi təqdim olundu.
 
Sportal.az xəbər verir ki,  klubla 2 illik müqavilə imzalayan Süleymanov onu gözləyən mümkün təhlükədən danışmaq istəməyib.
 
Məsələ burasındadır ki, mətbuat konfransında Nazim Süleymanova sabiq baş məşqçi Böyükağa Hacıyev barədə sual ünvanlanıb.
Bildirilib ki, Böyükağa Hacıyev sizə mane olacaq ya yox?
Süleymanovdan öncə bu suala klub nümayəndəsi Gündüz Abbaszadə cavab verib: “Bu suala mən cavab verim. Böyükağa Hacıyev Tərlan Əhmədovun dönəmində işlərə qarışmırdı, sadəcə öz işini görürdü. Heç məşqlərə də gəlmirdi”.
 
Süleymanov isə bildirib ki, komandaya yeni gəldiyi üçün deyə bilməz ki, Böyükağa Hacıyev ona mane olacaq ya yox: “Mən gələcəkdə bu suala daha geniş cavab verə bilərəm”.

Xəbər xətti