"Araz-Naxçıvan"dan "Xəzər Lənkəran"a

14:38 - 26 Oktyabr 2013

"Qarabağ"dan sonra daha bir klubdan təbrik
 
Azərbaycan Superkubokunun qalibi olan “Xəzər Lənkəran”ı “Qarabağ” Peşəkar Futbol Klubundan sonra daha bir klub təbrik edib.
 
Sportal.az xəbər verir ki, Naxçıvanı I divizionda uğurla təmsil edən “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun ünvanımıza göndərdiyi rəsmi məktubda deyilir:
 
Əziz “Xəzər-Lənkəran” kollektivi.
 
Bu gün 18 illik fasilədən sonra baş tutan Super Kubok matçı bir futbol bayramı idi. Bizim üçün qürurvericidir ki, bu matç doğma Naxçıvanımızda baş tutdu. Komandanızın futbolçularının daha istəkli, həvəsli olması isə Super Kubokun Lənkərana aparılması ilə nəticələndi. Bu “Araz-Naxçıvan” PFK-nı da sevindirir.
 
“Araz-Naxçıvan” PFK-nın rəhbərliyi, məşqçilər korpusu və futbolçuları adından qazandığınız qələbə münasibətilə “Xəzər-Lənkəran”ı təbrik edir, belə qələbələrin davamlı olmasını arzulayırıq.
 

Xəbər xətti